12px13px15px17px
Tarix:13/03/20

Hindistan hakimiyyəti mitinqlərdə üztanıma sistemindən istifadə edəcək

Hindistan hakimiyyəti mitinqlərdə üztanıma texnologiyasından istifadə edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, cari ilin fevralında Hindistanın paytaxtında baş vermiş kütləvi iğtişaşlar nəticəsində 53 nəfər ölüb, çoxlu insan yaralanıb.

 

İndi Hindistanın daxili işlər naziri Amit Şah bildirib ki, araşdırma vaxtı hökumət üztanıma sisteminin köməyi ilə 1100 iğtişaşçını müəyyənləşdirib. O həmçinin deyib ki, polis gələcəkdə etirazçıları müəyyənləşdirmək üçün eyniləşdirmə məlumat bazasından istifadə edəcək.

 

Hindistan hakimiyyəti, həmçinin cinayətkarları tutmaq üçün "e-Vahan" milli məlumat bazasından istifadə edib. "Biz videomaterialları aldıqdan sonra şübhəli şəxsləri müəyyənləşdirmək üçün üzləri "e-Vahan" məlumat bazasındakı şəkillərlə tutuşdurmaq məqsədilə proqram təminatından istifadə etmişik" – Dehli polisinin baş zabitinin hesabatında deyilir.

 

Emil Hüseynov





Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024