12px13px15px17px
Tarix:13/03/20

“ZTE Nubia Red Magic 5G” adlı oyun smartfonu təqdim edilib

Yeni “Nubia Red Magic 5G” smartfonunun əsas özəlliyi 144 hers yeniləmə tezliyinə malik ən sürətli ekranla təchiz edilməsidir. Bundan başqa, ekranın toxunuşlara dərhal reaksiya verməsi üçün ona 240 hers tezliyi ilə işləyən sensor əlavə edilib.

 

Digər xüsusiyyətlər üzrə bu standart displeydir: 6,65 düym diaqonal, “Full HD ” təsvir ölçüsü, AMOLED matris. Barmaq izləri skaneri birbaşa ekrana quraşdırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, oyun həvəskarları üçün korpusun kənarında əlavə düymələr quraşdırılıb. Hətta korpusun daxilində miniatür ölçüdə kulerə malik aktiv soyutma sistemi yerləşdirilib.

 

Standart model qabaqcıl “Snapdragon 865” prosessoru, 8 QB əməli yaddaş (LPDDR5) ilə təchiz edilib. Amma “Nubia Red Magic 5G” smartfonunun 16 QB əməli yaddaş və 256 QB daxili yaddaşa malik versiyası satışa çıxarılacaq.

 

Akkumulyator batareyasının tutumu 4500 milliamper/saat təşkil edir. Bundan başqa, korpusda simli qulaqlıqlar üçün 3,5 mm-lik çıxış və aksesuarlar üçün xüsusi konnektor (məsələn, kabel internetinə qoşulmaq üçün LAN konnektor) var.

 

Emil Hüseynov





Baxış sayı: 1861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024