12px13px15px17px
Tarix:16/03/20

İsraildə koronavirusla mübarizə üçün antiterror texnologiyaları tətbiq ediləcək

İsrail koronavirus epidemiyasının yayılmasının qarşısının alınmasına yönələn tədbirlər sırasında antiterror texnologiyalarından istifadəni planlaşdırır. Bu barədə ölkənin Baş naziri Binyamin Netanyahu Yerusəlimdə mətbuat konfransında bildirib.   

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, onun sözlərinə görə, tezliklə terrorçuluqla mübarizə üçün tətbiq edilən texnologiya və rəqəmli vasitələrdən istifadəyə başlanılacaq. O, belə tədbirlərin istifadəçilərin şəxsi həyatın toxunulmazlıq hüququnu poza biləcəyi üçün Ədliyyə Nazirliyinə razılıq üçün müraciət etdiyini əlavə edib.

İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şin-Bet) hazırda B.Netanyahunun və Səhiyyə Nazirliyinin sorğusuna əsasən koronavirusla mübarizə üçün öz texnoloji vasitələrindən mümkün istifadənin araşdırılması ilə məşğul olduğunu təsdiqləyib.

İsrailin Vətəndaş Hüquqları Assosiasiyasının məxfilik üzrə eksperti Avner Pinçukun fikrincə, tədbirlərə real vaxt rejimində karantini pozan koronavirusa yoluxmuş xəstələrin mobil telefonlarının izlənilməsi və onların hərəkətinin və kontaktlarının müəyyənləşdirilməsi üçün metaməlumatların toplanılması daxil olacaq.   
 
Şin-Bet nümayəndələrinin sözlərinə görə, karantin rejiminin təmin edilməsi ilə bağlı məsələ müzakirə olunmayıb və koronavirusa yoluxanların izolyasiyası üzrə göstərişlərə əməl olunması üçün bu texnologiyalardan istifadəyə ehtiyac yoxdur.
 
Nizam Nuriyev





Baxış sayı: 203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.