12px13px15px17px
Tarix:01/12/11

Almaniya hökuməti tədris sistemindəki şəbəkələrə kiberhücumlar təşkil edəcək

Almaniya hökuməti tədris sistemindəki şəbəkələrə kiberhücumlar təşkil edəcək. 2 gün ərzində federal və regional dövlət idarələrinin kompyuterləri “haker” hücumlarına məruz qalacaq. Əməliyyat “Luekex 2011” adlanır və əməliyyatda 3 mindən çox məmur iştirak edəcək.

 

Məxfi informasiya təsadüfən cinayətkarların əlinə keçməsin deyə, əməliyyatın konkret detalları məxfi saxlanılır. Təlimlərə Milli Kibermüdafiə Mərkəzi, həmçinin xüsusi xidmət orqanları nəzarət edəcək.

 

Əməliyyatın hədəfi dövlət idarələrinin İT infrastrukturunda boşluqları aşkar etməkdir. Hakimiyyət “Luekex 2011” əməliyyatına təxminən 2 il hazırlanıb. Nəticələrin emalı 4 ay davam edəcək.





Baxış sayı: 1507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024