12px13px15px17px
Tarix:16/03/20

“Avropol” SİM kartları dəyişdirən cinayətkar qruplaşmanın üzvlərini həbs edib

“Avropol” yerli hüquq-mühafizə orqanlarının köməyi ilə bir neçə Avropa ölkəsində həbslər həyata keçirərək SİM kartların dəyişdirilməsi (SIM swapping) ilə məşğul olan cinayətkar qruplaşmaların fəaliyyətinin qarşısını alıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Quinientos Dusim” adlı əməliyyat zamanı “Avropol” yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 – European Cybercrime Centre), İspaniya Milli Polisi və İspaniya Milli Qvardiyasının əməkdaşları tərəfindən ölkənin Benidorm, Qranada və Valyadolid şəhərlərində 12 şübhəli şəxs həbs edilib. Bundan başqa, “Smart Cash” əməliyyatı çərçivəsində Rumıniya və Avstriya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən daha bir kibercinayətkar qruplaşmasının 14 şübhəli üzvü saxlanılıb.  

Bildirilir ki, birinci qruplaşmanın üzvləri kiberhücumlar seriyası nəticəsində 3 milyon avronun oğurlanmasında şübhəli bilinirlər. Zərərli proqram təminatı vasitəsilə cinayətkarlar onlayn bankçılıq üçün istifadəçi məlumatlarını oğurladıqdan sonra qurbanlara məxsus SİM kartın bərpası üçün telekommunikasiya operatorlarına saxta şəxsiyyət vəsiqəsi təqdim etməklə onlara müraciət ediblər. SİM kartın surətini əldə edən cinayətkarlar ikifaktorlu autentifikasiya üçün yoxlama kodlarını ələ keçirərək pul vəsaitlərini başqalarının bank hesablarından saxta hesablara köçürüblər.   
 
Məlumata görə, Rumıniya və Avstriyada həyata keçirilən əməliyyatlar zamanı kibercinayətkarlar tərəfindən oxşar sxemdən istifadə edilib. Onlar eyni sxemi tətbiq etməklə “SIM swapping” vasitəsilə təhlükəsizlik kodlarını ələ keçiriblər. Lakin pul vəsaitlərinin nağdlaşdırılması kartsız bankomatların köməyi ilə həyata keçirilib.

Nəticədə 100-dən çox şəxs qruplaşmanın qurbanı olub. Cinayətkarların etdiyi hər əməliyyat zamanı təxminən 6-137 min avro oğurlanıb. Oğurlanan vəsaitlərin ümumi məbləği isə yarım milyon avro təşkil edir.

Nizam Nuriyev





Baxış sayı: 103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.