12px13px15px17px
Tarix:19/03/20

Görmə qabiliyyətini qoruyan masaüstü lampa təqdim edilib

“Xiaomi” şirkəti görmə qabiliyyətinə müsbət təsir göstərən “MIJIA Lite” adlı masaüstü “LED” lampa təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yeni “MIJIA Lite” lampası əsas modelin sadələşdirilmiş versiyası olsa da, görmə qabiliyyətini qorumağa imkan verən bir sıra funksiyalarla təchiz edilib. Məsələn, o, göy işığın təsiri ilə əlaqədar görmə qabiliyyətinin korlanmasından qorunmanı təmin edən üç işıqlandırıcı bloka malikdir. Həmçinin qurğu tənzimləmə imkanlı parlaqlığı 1200 lümenədək təmin edir. Ekspertlərin sözlərinə görə, yeni “Xiaomi” qurğusu zərif xarici görünüşlüdür. Qurğu şarnir sayəsində işıq şüasını müəyyən küncə istiqamətləndirməyə imkan verir. Geniş əhatə dairəsi 218 dərəcə əyilmə və 180 dərəcə dönmə imkanı ilə təmin edilir.

 

“MIJIA Lite” lampasının Çin internet mağazalarında qiyməti 11 dollar, ölkə xaricində isə 15 dollar təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 630

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024