12px13px15px17px
Tarix:29/03/20

Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əlavələr troyan şifrləmə proqramı və ya casus proqram təminatı ola bilər. Bu barədə “ZScaler” şirkətinin kibertəhlükəsizlik sahəsində mütəxəssisləri xəbərdarlıq edirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, kibercinayətkarlar zərərli kodlu əlavələrin yayılması üçün pandemiya fonunda təşviş və çaxnaşmadan istifadə edirlər. Bu proqramların bəzisi istifadəçiyə olduğu ərazidə koronavirusa yoluxanlar barədə məlumat verəcəyinə söz verir. Lakin smartfon və ya noutbuka quraşdırılma zamanı mobil əlavə qurğunu bloklayır və blokdan çıxarılma üçün pul tələb edir.

 

Həmçinin elektron poçt vasitəsilə “COVID-19” haqqında spamlı informasiya kütləvi şəkildə göndərilir. Zərərli keçid və qoşmaların olduğu məlumatlara keçid edildikdə istifadəçilərin qurğuları yoluxa bilər.

 

Hakerlərin daha bir tələsi isə defisit tibbi maskaların satışa çıxarılması barədə xəbərdarlıq edən fırıldaqçı proqramlardır.

 

Nizam Nuriyev





Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024