12px13px15px17px
Tarix:29/03/20

“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən ucuz smartfon nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, əsasını quraşdırılmış “5G” modullu “Snapdragon 765G” prosessorunun təşkil etdiyi yeni qurğu “LiquidCool” maye soyutma sistemi vasitəsilə soyudulacaq.

 

“Mi 10 Lite” smartfonu damcıvarı formalı 16 meqapikselli kameranın quraşdırıldığı 6,57 düym diaqonallı “AMOLED” ekran, 4160 milliamper/saat tutumlu akkumulyator, 20 vatlıq güclü simli enerjidoldurma və dörd kamera ilə təchiz edilib. Hansı obyektivlərin tətbiq edilməsi barədə məlumat verilməsə də, əsas kameranın təsvir ölçüsü 48 meqapiksel təşkil edəcək.

 

Bildirilir ki, qalınlığı 7,98 mm, çəkisi 192 qrama bərabər “Mi 10 Lite” smartfonu alıcılara ağ, boz və yaşıl rənglərdə təklif olunacaq.

 

Mayın əvvəlində satışa çıxarılacaq yeni qurğunun Avropada 64 giqabaytlıq quraşdırılmış yaddaşlı modelinin qiyməti 350 avro, 128 giqabaytlının isə 400 avro təşkil edəcək.

 

Müqayisə üçün qeyd edək ki, bir həftə əvvəl eyni çipə malik “Nokia 8.3 5G” modelinin başlanğıc qiyməti 600 avro təşkil edir. Daha mütərəqqi prosessorla təchiz edilən “5G” dəstəkli qabaqcıl “Samsung”, “Huawei” və “LG” modellərin qiyməti daha bahadır.

 

Nizam Nuriyev





Baxış sayı: 482

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.