12px13px15px17px
Tarix:30/03/20

“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizəyə kömək məqsədilə 10 gün ərzində ağciyərin süni ventilyasiyası üçün aparatı layihələndirərək yaxın vaxtlarda onun istehsalına başlayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, ağciyərin süni ventilyasiyası üçün aparata xəstəliyi ağır formada keçirən koronavirus pasiyentləri ehtiyac duyur. Məhz bu aparatların çatışmazlığı həkimlər üçün əsas problemlərdən birinə çevrilib.

 

Məlumata görə, müxtəlif ölkələrin hökumətləri təcili olaraq ağciyərin süni ventilyasiyası üçün aparatlar alır, bir sıra şirkətlər isə onların istehsalına başlamağı planlaşdırır. Məsələn, belə plan barədə bu yaxınlarda “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask məlumat verib. O, Çindən 1250 ağciyərin süni ventilyasiyası üçün aparat alaraq Los-Anceles hakimiyyətinə təhvil verib. “Ford” və “General Motors” şirkətləri də ABŞ-da belə aparatların buraxılışına başlamağa hazırlaşır.

 

Bildirilir ki, “Dyson” tərəfindən hazırlanan aparat “CoVent” adlanır. O, müasir texnologiyalardan istifadə edilməklə yaradılıb və hazırda şirkət qurğunun Britaniya hakimiyyəti tərəfindən sertifikatlaşdırılacağını gözləyir, lakin artıq hökumətdən 10 min aparat üçün sifariş alıb.

 

“Bu yeni aparat tez, effektiv və çox sayda istehsal oluna bilər”, – şirkət təsisçisi Ceyms Daysonun əməkdaşlara ünvanlanan məktubunda deyilir. O əlavə edib ki, 5 min aparat onun hesabına müxtəlif ölkələr üçün buraxılacaq. Aparatların min ədədi Böyük Britaniya xəstəxanaları üçün nəzərdə tutulub.

 

Nizam Nuriyev





Baxış sayı: 237

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.