12px13px15px17px
Tarix:31/03/20

“HUAWEI” yeni internet standartını elan edib

“HUAWEI” şirkəti Çin dövlət provayderləri ilə birgə Beynəlxalq Telekommunikasiya İttifaqına mövcud həllərə əvəzetmə kimi yeni “New IP” internet protokolunu təklif edib. Amma hazırlamanın texniki üstünlüklərinə baxmayaraq, rabitə sahəsi üzrə mütəxəssislər perspektivli standartı tənqid ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, şirkətin bəyanatına görə, “New IP” protokolu sürətlə inkişaf edən rəqəmli texnologiyaların texniki tələblərini təmin etmək üçün hazırlanır. Tərtibatçılar bildiriblər ki, mövcud TCP/IP ilə müqayisədə daha səmərəli ünvanlanma və şəbəkə idarəetməsi təmin edən protokol bütün alim və mühəndislər üçün açıq olacaq. “HUAWEI” şirkətinin rəsmisi deyib ki, indi başqa ölkə və şirkətlərin iştirakı ilə yeni şəbəkə arxitekturasının komponentləri hazırlanır, 2021-ci ildə onun sınaqlarına başlanılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024