12px13px15px17px
Tarix:01/12/11

“PCİ Express 4.0” spesifikasiyası 2015-ci ildə hazırlanacaq

2010-cu ilin noyabr ayında təsdiq edilmiş “PCİ Express 3.0”-ün indiki spesifikasiyası verilənlərin 8 GT/s sürətlə ötürülməsini təmin edir. Bu isə “PCİ Express 2.0” ilə müqayisədə 60% çoxdur. İstehsalçılar energetika effektivliyinin artımına görə göstəricinin ikiqat artırılmasından imtina ediblər.

 

“PCİ Express 4.0” standartında spesifikasiyanın üçüncü versiyası (PCİ Express 3.0) ilə müqayisədə verilənlərin ötürülmə sürəti 2 dəfə artacaq, yəni verilənlərin ötürülmə sürəti 16 GT/s olacaq.“PCİ Express 4.0” üçün bir sıra əlavə funksiyaların reallaşdırılması planlaşdırılır: xüsusilə, enerji istehlakı optimallaşdırılacaq.

 

“PCİ-SİG” təşkilatı “PCİ Express 4.0” spesifikasiyasının son versiyasını 2014 və ya 2015-ci ildə təqdim etməyi planlaşdırır. İnterfeysin server, işçi stansiya, stolüstü kompyuter, noutbuk, planşetlərdə istifadə olunacağı gözlənilir.





Baxış sayı: 1057

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024