12px13px15px17px
Tarix:31/03/20

“Windows 10” sistemində səhv internet bağlantısında problemlər yaradır

“Windows 10” əməliyyat sisteminin istifadəçiləri internetin işində fasilələrin yaranmasından şikayətlənməyə başlayıblar. Problemin mövcudluğunu təsdiq edən “Microsoft” şirkəti səhvin KB4535996 proqram yenilənməsində olduğunu bəyan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, boşluq əllə və ya avtomatik quraşdırılan proksi qurğularında, eləcə də “WinHTTP” və ya “WinInet” proqram interfeyslərindən istifadə edən əlavələrdə yaranır. Proqram tərtibatçılarının sözlərinə görə, “Microsoft Teams”, “Microsoft Office”, “Office365”, “Outlook”, “Internet Explorer 11” proqramlarının və bir sıra “Microsoft Edge” versiyasının istifadəçiləri də internetə qoşulmada problemlərlə üzləşib.

 

Səhv “Windows 10” və “Windows Server” əməliyyat sistemlərinin 1709-1909 versiyalarına aiddir.

 

Nizam Nuriyev





Baxış sayı: 462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024