12px13px15px17px
Tarix:31/03/20

“Microsoft” gözdən əlillər üçün virtual reallıq sisteminin təkmilləşdirilmiş versiyasını təqdim edib

"Microsoft" gözdən əllilər üçün virtual reallıq sisteminin təkmilləşdirilmiş versiyasını təqdim edib. İndi istifadəçilər virtual əl ağacını yalnız üfüqi deyil, həm də şaquli istiqamətdə hərəkət etdirə və özünə tərəf çəkə bilərlər. Bu yenilik nəticəsində, demək olar ki, bütün sınaq iştirakçıları tələb edilən sahəni toqquşmasız keçməyə nail olublar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, korporasiya ilk dəfə 2018-ci ildə gözdən əlil və zəif görənlər üçün "Canetroller" adlandırılmış virtual reallıq sistemini təqdim edib. İstifadəçi sistemin əsas elementi olan əl ağacı ilə ətraf mühitlə əlaqə quraraq maneələrin mövcudluğunu müəyyənləşdirir.

 

Əl ağacına quraşdırılmış vibromühərrik maneə ilə toqquşduqda onu dayandırır. Bu və ya digər səth tipi ilə təmas yarandıqda sistem istifadəçiyə onun spesifik səsini ötürür.

 

Tədqiqatçılar yeni versiyada əl ağacının imkanlarını genişləndiriblər: indi onu həm üfüqi, həm də şaquli istiqamətdə hərəkət etdirmək, həmçinin özünə tərəf çəkmək mümkündür.

 

Emil Hüseynov





Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024