12px13px15px17px
Tarix:01/04/20

“Samsung” maye-kristal ekranlar bazarını tərk edəcək

“Samsung Electronics” şirkəti maye-kristal ekranların (LCD) istehsalını tam dayandırmaq qərarına gəlib. Cənubi Koreya istehsalçısı diqqəti texnoloji baxımdan daha mütərəqqi ekranlara yönəltmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətin ekranların hazırlanmasında ixtisaslaşan törəməsi “Samsung Display” nümayəndəsinin sözlərinə görə, 2020-ci ilin sonunadək Cənubi Koreya və Çində yerləşən zavodlarda “LCD” displeylərin istehsalı dayandırılacaq.

 

Bildirilir ki, “Samsung Display” şirkətinin Çində maye-kristal ekranların buraxılışı üzrə iki zavodu, Cənubi Koreyada isə müəssisələrdə iki istehsal xətti fəaliyyət göstərir. Bu xətlərdən biri yaxın beş ildə kvant piksellər əsasında ekranların (QLED) kütləvi buraxılışına başlayacaq. Çindəki zavodların gələcək fəaliyyəti ilə bağlı planlar isə hələ ki məlum deyil.

 

Cənubi Koreyanın Asan şəhərində yerləşən “Samsung Display” müəssisəsində “QD-OLED” ekranların buraxılışı üzrə yeni istehsal xəttinin işə salınması planlaşdırılır. 2021-ci ildə istifadəyə veriləcək müəssisədə hər ay 65 və daha böyük düym diaqonallı panellərin buraxılışı nəzərdə tutulur.

 

“Samsung Display” tərəfindən “QD-OLED” ekranların buraxılışı üzrə yeni istehsal xəttinə 10 trilyon von (8 milyard dollar) investisiya qoyulacaq, qalan 3,1 trilyon von (2,6 milyard dollar) texnologiyanın gələcək təkmilləşdirilməsinə yönəldiləcək. Layihənin 81 min yeni iş yerinin yaradılmasına xidmət edəcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.