12px13px15px17px
Tarix:01/04/20

Çox sayda yerli və beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizəyə yönələn “virtual hackathon”a qatılır

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin təşkilatçılığı ilə keçiriləcək "virtual hackathon"a maraq artıb.
 
Artıq "hackathon"u dəstəkləyən tərəfdaşlar sırasına bir neçə yerli və beynəlxalq təşkilat, o cümlədən Azərbaycan Turizm Bürosu və Məlumat Hesablama Mərkəzi də qoşulub.
 
Turizm sənayesi iqtisadiyyatın koronakrizisdən ən çox ziyan çəkmiş sahələrindən biridir və hazırda həm yerli, həm dünya turizm sənayesində yeni innovativ, o cümlədən rəqəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Ümumiyyətlə, koronavirusun təsirini maksimum dərəcədə azaltmaq üçün rəqəmsal keçidin sürətinin artırılması, ölkədə rəqəmsal və distant tətbiqlərin inkişaf etdirilməsi olduqca zəruridir.
 
Müvafiq "hackathon"da iştirak etmək üçün "www.hackcov19.com" saytında qeydiyyatdan keçmək və öz komandanız, ideyanız və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqda məlumatı təqdim etmək lazımdır.
 
Mentorlarla işləyərək siz həmin həll yollarını milli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim edəcəksiniz.
 
İdeyalarınız qiymətləndiriləcək və üstünlük, ən qısa zamanda həyata keçirilə biləcək ideyalara veriləcək. "Hackathon"un mükafat fondu 10 min ABŞ dollarıdır.
 
"Hackathon" necə keçiriləcək?

Tamamilə virtual şəkildə: ideya qəbulu haqda elandan tutmuş, seçim mərhələsi və prototiplərin sınanması və ideyaların həyata keçirilməsinə kimi.
 
Bəzi əsas çətinlikləri sizə təqdim edir və həll yolları tapmağa dəvət edirik. Lakin aşağıdakılarla kifayətlənməyin və koronavirusun törətdiyi fəsadları aradan qaldıran həllərinizi təklif etməkdən çəkinməyin:
 
1. Ən həssas və risk qrupunda olanlara dəstək

Texnologiya karantində olan və gününü evdə keçirən yaşlı, eyni zamanda əlilliyi olan şəxslərə necə dəstək ola bilər?

Evindən çıxmadan ərzaq və tibbi məhsullar alması üçün insanlara yardım edən ideya təklif edə bilərsiniz. Könüllülərin sorğular üzrə qruplaşması və bu çətin vaxtlarda təhlükəsiz şəkildə digərlərinə kömək etməsini nizamlayan bir platforma buna nümunə ola bilər.

2. Texnologiya və səhiyyə

Texnologiya cari pandemiya zamanı ön sıralarda olan həkimlərə və tibb bacılarına necə kömək edə bilər? Erkən aşkarlamada texnologiya hansı rolu oynaya bilər?

Müraciətçiləri termal kameradan tutmuş, təmas izləməsi edəcək tətbiqlərə kimi, praktik ola biləcək hər cür texnoloji həllər təklif etməyə çağırırıq.

3. Kiçik və orta biznesə dəstək

Kiçik biznesə və qeyri-formal məşğulluq sahəsində çalışan işçilərə böhran dövründə işlərini davam etdirməkdə necə dəstək ola bilərik?

Karantin zamanı öncədən ödəniş xidməti, yaxud sistemləri, növbələri və biznes modellərində cari vəziyyətə görə uyğunlaşdırmaları tənzimləyən onlayn platforma ola bilər.

4. Fiziki məsafə və sosial əlaqə

Texnologiya sahəsində çalışanlar davam etməkdə olan sosial təcrid, informasiya və mənbələrə çıxışın olmaması, emosional və fiziki dəstək məsələləri ilə bağlı insanlara necə kömək edə bilərlər?

Həftələrlə və aylarla ola biləcək potensial səyahət məhdudiyyətləri, toplaşma yerlərinin və ölkə sərhədlərinin bağlanması, uçuşların dayandırılması kimi hallara hazır olmaqda və bunu qəbul etməkdə insanlara kömək edəcək həllər axtarışındayıq.

5. Məlumatlılığı artırmaq, müvafiq davranışı formalaşdırmaq və ictimaiyyətin rəyini nəzərə almaq

Məlumatın hər saniyədə dəyişdiyi bir zamanda, insanların lazımi təlimat və qaydalara əməl etmələri, eləcə də bu məlumatları yalnız rəsmi və etibarlı mənbələrdən aldıqlarına əmin olmaları getdikcə çətinləşir. Bəs biz təşvişə səbəb olmadan, ictimaiyyətin cari vəziyyət barədə məlumatlandırılmasını və prosesləri izləməsini təmin etmək üçün texnologiyadan daha necə istifadə edə bilərik?

6. Texnologiya və təhsil

Uşaqlar, tələbələr və əlilliyi olan şəxslər üçün onlayn dərslərin keçirilməsində, tədris vəsaitlərinin yüklənməsində və effektiv distant (məsafədən) öyrənmə prosesinin təşkilində texnologiyadan daha necə istifadə edilə bilər?

7. Texnologiya və mühəndislik

Hamını koronavirusu aşkarlamaq, qarşısını almaq və müalicə etmək üçün istifadə oluna biləcək istənilən ideyanı təklif etməyə dəvət edirik.

Həll yolları kimi infeksiya sensorları, gigiyena baxımından səmərəli yollar, asan hazırlanacaq maskalar və dezinfeksiya üsulları təklif edilə bilər.

8. Gündəlik həyatda texnologiya

Hansı texnologiya vasitələri insanların gündəlik həyatını minimal risklə asanlaşdıra bilər və onlara alış-verişlərini, təmizlik və digər gündəlik işlərini görmək imkanı yarada bilər?

Nəticə etibarilə, siz şahidi olduğunuz çətinlikləri də sadalaya bilərsiniz. Əgər siz və ya yaxınlarınız texnologiya vasitəsilə həll oluna biləcək çətinliklə üzləşirsinizsə, bununla bağlı ideyalarınızı təklif edə bilərsiniz.

 




Baxış sayı: 249

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.