12px13px15px17px
Tarix:02/04/20

“Huawei” şirkəti “Google” servislərindən istifadə üsulunu açıqlayıb

“Huawei” şirkəti ABŞ sanksiyaları şəraitində öz smartfonlarında “Google” servislərindən istifadə üsulunu açıqlayıb. Bu barədə “CNBC” telekanalına müsahibədə şirkətin top-meneceri Erik Syu məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onun sözlərinə görə, şirkət “Google” servislərinin “iPhone” və “iPad” qurğuları üçün analoji “App Store” platformasında olduğu kimi, “AppGallery” onlayn mağazasında yerləşdirilməsini istəyir. Şirkət nümayəndəsi qeyd edib ki, “Huawei” ABŞ şirkəti ilə işgüzar münasibətlər saxlamaq niyyətindədir və müştəriləri üçün çoxsaylı mobil əlavələrdə maraqlıdır.

 

R.Syunun fikirlərini təsdiq edən “CNBC vurğulayıb ki, “YouTube”, “Gmail” və digər “Google” servisləri “iOS” və “iPadOS” əməliyyat sistemləri üçün rəsmən istifadə olunduğu halda qurğular “Apple” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Jurnalistlər qeyd edib ki, belə boşluq Çin korporasiyasına tətbiq edilən ABŞ sanksiyalarını və ABŞ şirkətləri ilə əməkdaşlığa qoyulan qadağanı poza bilər. Məsələyə münasibətin bildirilməsi üçün “Google” şirkətinə müraciət edən telekanal operativ cavab ala bilməyib.

 

Bir müddət əvvəl “Wired” jurnalına müsahibədə Çin şirkətinin top-meneceri Riçar Yu qeyd edib ki, sanksiyalara baxmayaraq “Huawei” ABŞ şirkətləri ilə işgüzar münasibətlərin bərpasına ümid edir. Onun sözlərinə görə, əvvəllər smartfon istehsalçısı tərəfdaşına böyük xeyir verdiyinə görə “Huawei” və “Google” arasında əməkdaşlıq çox faydalı olub.

 

Qeyd edək ki, “Huawei” şirkəti 2019-cu ilin mayından ABŞ sanksiyaları altındadır. Bunun nəticəsində şirkət öz smartfonlarında “Google” servislərindən istifadə üçün lisenziyadan məhrum olsa da, qurğularını quraşdırılmış “Android” əməliyyat sistemi ilə satmaq hüququna malikdir. Ekspertlərin sözlərinə görə, Çində “Google” servislərinə tələbat yoxdur, lakin qlobal bazarda onların olmaması “Huawei” smartfonlarının satışına mənfi təsir göstərir.

 

Nizam Nuriyev





Baxış sayı: 242

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.