12px13px15px17px
Tarix:03/04/20

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib. Hərəkət radiusu 100 metr təşkil edən radar nəqliyyat vasitəsinin perimetri üzrə məkana nəzarət üçün nəzərdə tutulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Cognitive Mini Radar” adlandırılmış qurğunun çəkisi 40 qr, işçi tezliyi isə 77-81 QHs və ya 60-64 QHs-dir.

 

Radar sürətin dəqiq göstəricisini, hərəkət istiqamətini və istənilən hava şəraitində müşahidə olunan zonadakı obyektlərin koordinatını sürücüsüz idarə olunan avtomobilin əsas kompüterinə ötürə bilir. Qurğunun sınaqları onu göstərib ki, o, günün istənilən vaxtı işləyir.

 

“Cognitive Mini Radar” sürücüsüz avtomobilin perimetri üzrə məkana nəzarətdən başqa, görünməyən zonaları izləyə və toqquşmalar haqqında xəbərdarlıq edə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024