12px13px15px17px
Tarix:07/04/20

Uzun müddət avtonom işləyən “vivo Y50” smartfonu təqdim edilib

“Vivo” şirkəti yeni “V19” smartfonunun ardınca “Y50” adlı daha ucuz modelini elan edib.

 

Yeni cihaz Full HD təsvir ölçülü 6,53 düymlük IPS ekran, 8 nüvəli “Snapdragon 665” prosessoru, 8 QB əməli yaddaş, 128 QB daxili yaddaşla təchiz edilib və 16 meqapiksellik ön kamera üçün yuxarı sol küncdə kəsik var. Aparat, həmçinin “microSD” üçün slotla təchiz edilib ki, bu da daşıyıcının tutumunu artırmağa imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, qurğunun arxa tərəfində 4 sensordan ibarət əsas kamera bloku yerləşdirilib: 13 mp-lik əsas və makroobyektivə malik 2 mp-lik köməkçi, 8 mp-lik genişbucaqlı optika və 2 mp-lik portret. Kamera blokunun yanında qurğunu blokdan çıxarmaq üçün barmaq izləri skaneri yerləşir.

 

Sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyator “vivo Y50” aparatının özəlliyidir. Smartfon “Funtouch OS 10” interfeysli “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov





Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024