12px13px15px17px
Tarix:08/04/20

Pandemiya dövründə ən populyar haker hücumları məlum olub

“Trend Micro Incorporated” şirkəti koronavirus (COVID-19) pandemiyası dövründə kibertəhlükələr haqqında yeni hesabat dərc edib. Ekspertlər zərərli proqram təminatının yayılması üçün hazırkı vəziyyətdən istifadə edən kibercinayətkarların fəallığının, eləcə də kommersiya strukturlarına və istifadəçilərə hücumların artmasını qeyd ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, hesabatda hakerlər tərəfindən istifadəçilərə koronavirus barədə vacib məlumatın yayılması adı ilə tətbiq edilən üç əsas hücum növü sadalanır: spam (65,7 faiz), zərərli proqram təminatının, o cümlədən troyan və fırıldaqçı proqramların tətbiqi ilə hücumlar (26,8 faiz) və zərərli universal resurs göstəricisi (URL) və saytlar (7,5 faiz).

 

Məlumata görə, tədqiqat zamanı koronavirusun sadalandığı 200 minə yaxın spamlı məktub aşkarlanıb. Onların ən çoxu Böyük Britaniya (20,8 faiz), Fransa (11,5 faiz) və ABŞ-da (8,2 faiz) qeydə alınıb. Karantin dövründə məsafəli işə keçilməsi ilə əlaqədar korporativ yazışmaların oğurlanması (BEC hücumları) hallarına da təsadüf edilib. Bu halda cinayətkarlar tərəfindən əməkdaşlara rəhbərlik adından məktub göndərilir və onlara məxsus hesablara vəsaitlərin köçürülməsi tələb edilir.

 

“covid” və ya “covid19” sözlərinin daxil olduğu zərərli məzmunlu və adlı fayllar daha çox ABŞ (26,6 faiz), Fransa (12,2 faiz) və Kanadada (11,2 faiz) qeydə alınır. Bütün müddət ərzində “Trend Micro” əməkdaşları tərəfindən 81 mindən çox belə hücum aşkarlanıb. Cinayətkarlar arasında daha çox fırıldaqçı proqramlar populyardır.

 

Zərərli universal resurs göstəricilərindən qurbanların sayına görə lider ABŞ (26,5 faiz), Almaniya (13,3 faiz) və Böyük Britaniyadır (10,4 faiz).

 

Nizam Nuriyev





Baxış sayı: 532

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024