12px13px15px17px
Tarix:02/12/11

“Android 4.0” kompyuterlərdə də işləyəcək

“Google” şirkəti “Android 4.0.1” versiyasının mənbə kodunu “x86” tipli kompyuter arxitekturası üçün açıb. Bu barədə “5to5Google” bloqunda bildirilib. Beləliklə, əməliyyat sistemini “İntel” və ya “AMD” prosessorları əsasında olan kompyuter, noutbuk və planşetlərə yükləmək mümkün olacaq.

 

“Google” şirkəti bildirib ki, layihə hələ ki beta-versiya xarakteri daşıyır. Qurğuların bəzi funksiyaları işləməyə bilər. Belə ki, “İntel” əsasında olan qurğularda səs işləmir, həmçinin inteqrasiya edilmiş kamera, “Ethernet” verilənlərin ötürülməsi texnologiyası və aparat sürətlənməsi dəstəklənmir.

 

Hələ ki heç bir istehsalçı “Android 4.0” və “x86” arxitekturası əsasında olan qurğu təqdim etməyib.





Baxış sayı: 1459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024