12px13px15px17px
Tarix:08/04/20

“Samsung Galaxy S7” və “Galaxy S7 Edge” üçün proqram yeniləmələrinin buraxılışı dayandırılıb

“Samsung” şirkəti 2016-cı ilin qabaqcıl smartfonları “Galaxy S7” və “Galaxy S7 Edge” üçün proqram dəstəyini dayandırıb. “Galaxy S7 Active” modeli isə hazırda təhlükəsizlik sistemi yeniləmələri ilə təmin edilir, lakin tezliklə onun da dəstəklənməsinin dayandırılacağı gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, “Samsung” tərəfindən dəstəklənməsinə zəmanət verilən smartfonların satışa çıxarılmasından dörd il ötüb. “Galaxy S7” və “S7 Edge” rüblük təhlükəsizlik yeniləmələri ilə təmin edilib. Sonuncu martda təqdim edilən “Google” təhlükəsizlik sistemi yeniləməsi olub. Hazırda hər iki model “Samsung Security Updates” məlumat bazasında göstərilmir. Maraqlıdır ki, rüblük təhlükəsizlik sistemi yeniləmələri ilə təmin edilən qurğuların siyahısına “Galaxy S7 Active” modeli daxildir. Bu, onun satışına “Galaxy S7” və “S7 Edge” modellərinin buraxılışından bir qədər sonra başlanılması ilə əlaqədardır.

 

Qeyd edək ki, “Samsung Galaxy S7” və “S7 Edge” 2016-cı ildə “Android 6.0 Marshmallow” əməliyyat sistemi quraşdırılmaqla buraxılıb. İstehsalçı tərəfindən smartfonlar üçün “Android 7 Nougat” və “Android 8 Oreo” olmaqla iki böyük proqram yeniləməsi təqdim edilib. Onların sonuncusundan istifadəçilər 2018-ci ildə yararlanıb. O vaxtdan smartfonlar yalnız təhlükəsizlik sistemi yeniləmələri ilə təmin edilib.

 

Nizam Nuriyev





Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024