12px13px15px17px
Tarix:10/04/20

Koronavirusun yayılması Avropada noutbuk və planşetlərə tələbatı kəskin artırıb

"International Data Corporation" (IDC) analitik şirkəti tədqiqat apararaq Avropa bazarında noutbuk və planşetlərə tələbatın kəskin artmasını açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, buna səbəb kimi yeni koronavirusun yayılmasının davam etməsi göstərilir. Belə ki, pandemiya şəraitində əksər şirkət əməkdaşları evdən məsafəli iş rejiminə keçirilib. Bundan başqa, vətəndaşlar özünütəcrid şəraitində qalmaq məcburiyyətindədir. Bunların hamısı isə öz növbəsində noutbuk və planşetlərin satışının sürətlə artmasına səbəb olub.

 

Şirkətin ilkin qiymətləndirməsinə görə, bu ilin birinci rübündə qeyd edilən kompüter qurğularının tədarük həcmi 2019-cu ilin birinci rübü ilə müqayisədə 3,1 dəfə yüksəlib.

 

Çindən kompüter texnikasının təchizat zəncirinin pozulması fonunda Avropanın əksər pərakəndə satış şirkət və distributorlarının anbarlarda olan ehtiyat noutbuk və planşetləri tükənib.

 

Proqnoza görə, koronavirusun yayılması fonunda fərdi hesablama qurğuları (Personal Computing Devices, PCD) sektoruna digər İT seqmentlərinə nisbətən daha az ziyan dəyəcək. Digər tərəfdən, korporativ sifarişçilərin ofis kompüterlərinin əvvəlcədən planlaşdırılmış yenilənməsini təxirə salmağa və ya ümumiyyətlə ləğv etməyə başlaması fərdi kompüter bazarına mənfi təsir göstərə bilər.

 

Nizam Nuriyev





Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024