12px13px15px17px
Tarix:13/04/20

Texnoloji nəhənglər koronavirus ilə mübarizə üçün birləşir

“Apple” və “Google” şirkətlərinin mühəndislərinin birgə səyləri nəticəsində koronavirus infeksiyasının yayılması ilə mübarizə üçün “Bluetooth” texnologiyasının tətbiqinə imkan verən desentralizasiya edilmiş alət hazırlanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, şirkətlər tərəfindən əməliyyat sistemləri səviyyəsində əlavələrin proqramlaşdırılması interfeysi (API) və texnologiyaların daxil olduğu kontaktları izləməyə kömək edəcək kompleks həllin buraxılışı nəzərdə tutulur.

 

Məlumata görə, həllin iki mərhələdə tətbiqi planlaşdırılır – mayda səhiyyə xidmətlərinin proqramlarından istifadə zamanı “Android” və “iOS” əməliyyat sistemli qurğular arasında uyğunluğu təmin edən əlavələrin proqramlaşdırılması interfeysi buraxılacaq, yaxın aylarda isə şirkətlərin əməliyyat sistemlərinə müvafiq funksionallıq quraşdırılmaqla “Bluetooth” əsasında kontaktların izlənilməsi üçün platforma təqdim ediləcək.

 

“Apple” nümayəndələrinin sözlərinə görə, bu, əlavələrin proqramlaşdırılması interfeysindən daha dayanıqlı həldir: o, istifadəçilərə kontaktların izlənilməsini işə salmağa və daha geniş əlavələr ekosistemi və səhiyyə xidmətləri ilə əlaqəni təmin etməyə imkan verəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 453

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024