12px13px15px17px
Tarix:22/06/11

Vergilər Nazirliyi elektron xidmətləri genişləndirəcək

Vergilər Nazirliyi 2011-2012-ci illər üçün elektron xidmətlərin göstərilməsi tədbirləri üzrə İş planını təsdiq edib. Bu barədə Vergilər Nazirliyindən bildirilib. İş planı tədbirlərin 5 blok üzrə keçirilməsini nəzərdə tutur. Birinci bloka Vergilər Nazirliyinin saytında "elektron xidmətlər”in yaradılması və təkmilləşdirilməsi daxildir. 2011-ci il dekabrın sonuna kimi bu istiqamətdə www.e-taxes.gov.az portalının təkmilləşdirilməsi və bu portal vasitəsi ilə göstərilən elektron xidmətlər spektrinin genişləndirilməsi planlaşdırılır. 2011-2012-ci illərdə Vergilər Nazirliyi vergi orqanları tərəfindən vergi bəyannamələrinin doldurulması sisteminin tətbiqi sahəsində beynəlxalq təcrübəni öyrənməyi və ilkin mərhələdə ƏDV ödəyiciləri üçün bu sistemi (Pre-filled tax return) tətbiq etməyi planlaşdırır.
İkinci blok müxtəlif bəyanatların, blankların elektron formada yerləşdirilməsinə, vətəndaşlar və vergi ödəyiciləri tərəfindən elektron xidmətlərin maneəsiz istifadəsinə imkan yaradan sistemin tətbiqini nəzərdə tutur. 2011-ci il iyulun sonuna kimi bu istiqamətdə vergi bəyannamələrini, hesabatları, arayışları onlayn rejimdə təqdim etməyə; elektron ödəniş sistemini yaratmaq və təkmilləşdirməyə (2011-2012-ci illər); e-audit sisteminin tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin (2011-2012-ci illər) hazırlanmasını; elektron ticarət üzərində vergi nəzarətinin təşkilatı üzrə təkliflərin hazırlanmasına (2011-2012-ci il) imkan yaradacaq elektron sistemin yaradılmasını nəzərdə tutur.
Üçüncü blok vətəndaşlardan və vergi ödəyicilərindən skanerdən çıxarılmış sənədlərin elektron formada qəbulunu, bu sənədlərin vergi orqanları tərəfindən alınması haqqında xəbərdarlığı daxil edir. 2011-ci il iyulun sonuna kimi bu istiqamətdə İnternet Vergi İdarəsi vasitəsi ilə vətəndaşların müraciətlərinin qəbulu, cavabın elektron formatda verilməsi üzrə sistemin yaradılması; vergi borcları (2011-ci il dekabrın sonuna kimi) sahəsində elektron xidmətlərin genişləndirilməsi; veb-kamera (2011-2012-ci illər) vasitəsilə vətəndaşların qəbulu sisteminin təşkil edilməsi planlaşdırılır.
Dördüncü bloka dövlət rüsumlarının və başqa ödənişlərin onlayn rejimdə ödənişinin təşkilini, fərdi informasiya təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutur. 2011-ci il avqustun sonuna kimi bu istiqamətdə elektron imzanın tətbiqi ilə İnternet Vergi İdarəsi vasitəsi ilə əməliyyatların keçirilməsi imkanlarının təmin edilməsi; Vergilər Nazirliyinin saytı vasitəsilə vergi və rüsumların ödənişi üçün imkanların yaradılması (2011-ci il dekabrın sonuna kimi); fərdi sahibkar fəaliyyəti ilə (2011-ci il sentyabrın sonuna kimi) məşğul olan fiziki şəxslərin qeydiyyatı üçün proqram təminatının hazırlanması planlaşdırılır.
Beşinci blok başqa dövlət orqanlarının informasiya sistemlərindən istifadə etmək imkanını daxil edir. 2011-ci ilin sonuna kimi bu istiqamətdə Vergilər Nazirliyi Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi və başqa dövlət qurumları ilə inteqrasiyanı genişləndirməyi planlaşdırır.



Baxış sayı: 1319

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024