12px13px15px17px
Tarix:17/04/20

“HUAWEI P40” smartfonları 2020-ci ilin ən yaxşı kamerofonları adına layiq görülüb

“HUAWEI” şirkətinin məlumatına görə, “P40” seriyasına məxsus yeni qabaqcıl smartfonlar “TIPA” beynəlxalq qeyri-kommersiya assosiasiyasının versiyasına görə 2020-ci ilin ən yaxşı kamerofonları adına layiq görülüb. Yeri gəlmişkən, “P” seriyasının aparatları bu təşkilatın versiyasına görə artıq dördüncü il ardıcıl olaraq ən yaxşı adına layiq görülürlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, təxminən 30 il bundan əvvəl təsis edilmiş “Technical Image Press Association” (TIPA) 8 Avropa və 7 qeyri-Avropa ölkəsindən 30 nəşr təqdim edir. Hər il TIPA jurnallarının redaktorları əvvəlki 12 ayda bazara çıxarılmış ən yaxşı məhsullar üçün səs verirlər. Qiymətləndirmə zamanı innovasiyalar və qabaqcıl texnologiyalar, dizayn, istifadə rahatlığı, həmçinin qiymət nisbəti və məhsuldarlığa böyük önəm verilir.

 

“TIPA World Awards” təşkilatının rəsmi məlumatında deyilir ki, “HUAWEI P40”, “P40 Pro” və “P40 Pro ” smartfonları mobil fotoqrafiyanın imkanları baxımından irəliyə doğru daha bir böyük addım atır.

 

Emil Hüseynov





Baxış sayı: 545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024