12px13px15px17px
Tarix:17/04/20

Yeni “Honor 20E” smartfonu Avropada satışa çıxarılıb

"Honor" şirkəti qabaqcıl "Honor 30", "30 Pro" və "30 Pro " smartfon seriyalarının nümayişindən sonra Avropa regionunda "Honor 20E" adlı daha bir modeli satışa çıxarıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, əvvəlcə İtaliya bazarında satışa çıxarılan yeni qurğunu sonradan Avropa regionunun digər ölkələrində əldə etmək mümkün olacaq. Məhdud müddət ərzində smartfonun qiyməti 150 avro, daha sonra 180 avro təşkil edəcək.

 

"Honor 20E" smartfonu bundan əvvəl nümayiş olunan "Honor 20 Lite" modelinə bənzəsə də, onun dublikat adlandırılmaması üçün istehsalçı "Honor 20 Lite"da quraşdırılan 24 meqapikselli ön kameranı 8 meqapikselli kamera ilə əvəzləyib. Bundan başqa, digər texniki xüsusiyyətlərdə fərqlər mövcuddur.

 

"Honor 20E" modeli "Kirin 710" birkristallı sistem, 4 giqabaytlıq operativ və "microSD" yaddaş kartı ilə genişləndirilən 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. "FHD " təsvir ölçülü 6,21 düym diaqonallı maye-kristal ekrana malik smartfonun əsas kamerasına 24, 8 və 2 meqapikselli sensorlar quraşdırılıb.

 

Həmçinin "Android 9 Pie" əməliyyat sistemi əsasında "EMUI 9.1" interfeysinə malik "Honor 20E" smartfonu 3340 milliamper/saat tutumlu akkumulyator batareyası, 18 vatt gücündə "Honor SuperCharge" sürətli enerjidoldurma texnologiyası ilə təchiz olunub.

 

Nizam Nuriyev

 

https://www.youtube.com/watch?v=SotFFHbjWuI





Baxış sayı: 502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024