12px13px15px17px
Tarix:17/04/20

“Apple” noutbuklarının avtonom işləmə müddətini uzatmaq üçün yeni funksiya əlavə edəcək

“Apple” şirkətinin öz noutbuklarının avtonom işləmə müddətini uzatmaq üçün yeni funksiya əlavə edəcəyi məlum olub. “Battery Health Management” adlı yeni funksiya “macOS Catalina‌ 10.15.5” əməliyyat sisteminin çıxarılmasından sonra əlçatan olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, bundan başqa, yeni funksiya artıq “macOS Catalina‌ 10.15.5” sisteminin ikinci beta-versiyasında reallaşdırılıb, lakin hazırda yalnız tərtibatçılar ondan istifadə etmək imkanına malikdirlər. Adi istifadəçilər üçün sözügedən funksiya “macOS Catalina‌ 10.15.5” sisteminin çıxarılmasından sonra əlçatan olacaq.

 

Məlumdur ki, “Battery Health Management” funksiyası akkumulyatorların sıradan çıxma sürətini azaltmaqla şirkətin noutbuklarının avtonom işləmə müddətini artırmağa imkan verəcək.

 

Emil Hüseynov





Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024