12px13px15px17px
Tarix:02/12/11

Maliyyə Nazirliyinin internet səhifəsi yeniləndi

Maliyyə Nazirliyinin rəsmi internet səhifəsi- www.maliyye.gov.az səhifəsi yeni dizaynda istifadəçilərin ixtiyarına verilib. Təkmilləşdirilmiş strukturda yenidən istifadəyə verilən saytda ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə xüsusi diqqət yetirilir.

 

İctimaiyyəti dövlət büdcəsinin tərtibi və icrası barədə ətraflı məlumatlandırmaq üçün saytda yeni bölmələr açılıb. Saytda Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlir və xərcləri, yerli gəlir və xərcləri, büdcənin tərtibi prosesinin təqvimi, o cümlədən büdcə qanunları barədə geniş məlumat verilir, büdcənin gəlir və xərc hissəsinin yerinə yetirilməsi ilə bağlı operativ məlumatlar yerləşdirilib.

 

Bundan başqa, yeni saytda “Qaynar xətt”, “Məktub yazmaq” kimi bölmələr də fəaliyyət göstərir. Ənənəvi rubrikalarla yanaşı, saytda nazirlik və struktura daxil olan qurumlarla bağlı xəbərlər və press-relizlər mütəmadi olaraq təqdim olunur.





Baxış sayı: 2342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024