12px13px15px17px
Tarix:20/04/20

Kompüter və noutbuklar üçün ən yaxşı SSD daşıyıcılarının reytinqi tərtib edilib

“IGN” resursunun mütəxəssisləri tərəfindən kompüter və noutbuklar üçün ən yaxşı SSD daşıyıcılarının reytinqi tərtib edilib. Reytinqdə istənilən ehtiyac üçün və müxtəlif qiymət kateqoriyasına uyğun daşıyıcılar yerləşdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Samsung 860 EVO” ən yaxşı SSD elan edilib. Bu daşıyıcı etibarlıdır, qiyməti daşıyıcının tutumuna uyğun olaraq münasibdir. Bundan başqa, mütəxəssislər “SATA III” interfeysindən məlumat ötürmə sürətinin yüksək olduğunu qeyd ediblər.

 

“Crucial MX500” ən yaxşı ucuz SSD daşıyıcı elan edilib. Bu daşıyıcı daha bahalı modellərdən sürətlidir. “Oyunlar” üçün “SSD" kateqoriyasında elan edilmiş “WD Black SN750” daşıyıcısı məlumatların yüksək sürətlə ötürülməsi və etibarlılığı ilə seçilir.

 

“Adata XPG SX8200 Pro” ən yaxşı yükləyici “SSD” elan edilib. Bu model əməliyyat sisteminin işə salınması üçün uyğundur. “Samsung 970 Evo Plus” ən yaxşı “NVMe SSD” elan edilib. “Samsung 860 QVO” isə ən yaxşı “SATA SSD” elan edilib.

 

Emil Hüseynov





Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024