12px13px15px17px
Tarix:23/04/20

“Helio G85” prosessorlu ilk smartfon hansı olacaq?

Çinin “Xiaomi” şirkətinin yaratdığı “Redmi” brendi “MediaTek Helio G85” aparat platforması ilə təchiz edilən dünyanın ilk smartfonunu buraxılışa hazırlayır. Bu, beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləməyən “Redmi 10X” modeli olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qeyd olunan prosessor hələ ki rəsmən təqdim edilməyib. Şayiələrə görə, onun tərkibinə səkkiz hesablama nüvəsi – iki “Cortex-A75” və altı “Cortex-A55” daxil olacaq. Həmçinin “Mali-G52” qrafik kontrollerinin inteqrasiya ediləcəyi qeyd olunur.

 

“Redmi 10X” smartfonu 2340 × 1080 piksel təsvir ölçülü 6,5 düymlük “Full HD ” ekranla təchiz olunacaq. Ekranın küncündə kiçik kəsikdə 13 meqapikselli ön kamera yerləşəcək.

 

Əsas dörd kamera 48 və 8 milyon pikselli modulları, eləcə də iki ədəd 2 meqapikselli sensoru birləşdirəcək. Bundan başqa, simmetrik “USB Type-C” portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılacaq.

 

Enerjini 5020 milliamper/saat tutumlu dəyişdirilməyən akkumulyator batareyası təmin edəcək. Qurğunun qabaritləri 162,38 × 77,20 × 8,95 mm, çəkisi 205 qram təşkil edəcək.

 

Hazırda smartfonun bir – 6 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaş tutumlu variantının hazırlandığı bildirilir. Smartfon “MIUI 11” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

 

Yeni qurğunun təxmini qiyməti 200-210 dollar təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 772

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024