12px13px15px17px
Tarix:24/04/20

İndoneziya Müdafiə Nazirliyi öz əməkdaşlarını “Zoom”dan istifadə etməməyə çağırıb

İndoneziya Müdafiə Nazirliyi öz əməkdaşlarını "Zoom" videokonfranslar xidmətindən istifadə etməməyə çağırıb. Bu, təhlükəsizlik məsələsi ilə izah edilir. Bu barədə idarənin sənədinə istinadən "Jakarta Post" qəzeti məlumat verib.

 

"Biz bütün hərbi hissə və bölmələrin rəhbərlərini videokonfranslar üçün "Zoom"un istifadəsindən imtina etməyə səsləyirik" – sənəddə deyilir. Bölmə rəhbərləri bu informasiyanı tabeliyində olanlara çatdırmalıdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, həmçinin İndoneziya Müdafiə Nazirliyinin rəsmisi videokonfrans keçiriləcəyi təqdirdə əməkdaşların nazirliyin məlumat mərkəzinə xəbərdarlıq etməli olduqlarını qeyd edib.

 

Koronavirus pandemiyası fonunda "Zoom" xidmətinin populyarlığı kəskin yüksəlib. Eyni zamanda proqramın təhlükəsizliyində problemlər aşkar edilib.

 

Videorabitə üçün eyni adlı xidməti təqdim edən "Zoom Video Communications" şirkəti 2011-ci ildə təsis edilib. 2020-ci ilin martında dünyada proqramın günlük auditoriyası 2019-cu ilin dekabrı ilə müqayisədə 20 dəfə artaraq 200 milyon təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 439

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024