12px13px15px17px
Tarix:27/04/20

"Azərekspresspoçt" növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görüldü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi göstərdiyi xidmətlərin keyfiyyətinə görə Ümumdünya Poçt İttifaqı tərəfindən gümüş səviyyəli sertifikata layiq görülüb.

EMS – sürətli poçt rabitəsi xidmətləri göstərən "Azərekspresspoçt" Rabitə Müəssisəsi sözügedən sertifikatı 2019-cu ilin yekunlarına əsasən əldə edib.

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının EMS – Express Mail Service Kooperativinin üzvü olan 184 ölkənin göstərdikləri poçt xidmətlərinin keyfiyyətini ölçmək məqsədilə hər il bir sıra meyarlar müəyyən edilir. İlin yekununda isə bu meyarlar üzrə keyfiyyət göstəriciləri müqayisə olunur. Aparılan müqayisənin nəticələrinə görə ən yüksək faiz göstəricilərinə nail olan ölkələr qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatlarına layiq görülür. Fəaliyyəti 92-96 faiz aralığında qiymətləndirilənlərə gümüş səviyyəli sertifikatlar verilir.





Baxış sayı: 1491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024