12px13px15px17px
Tarix:28/04/20

“MIUI 12” proqram təminatı təqdim edilib

Çinin “Xiaomi” şirkəti onlayn tədbir çərçivəsində “MIUI 12” proqram təminatını nümayiş etdirib. O, daha yaxşı başa düşülən, minimal interfeys dizaynı və istifadəçi təcrübəsinin təkmilləşdirilməsinə yönələn yeni funksiyalar dəsti ilə təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWS.ru” resursuna istinadən yazır ki, tərtibatçılar tərəfindən, həmçinin yenilənmiş “Dark Mode 2.0” tünd rejimi, “Always On Display” rejimi üçün əlavə quraşdırmalar, çoxpəncərəli rejim üçün yeni imkanlar əlavə olunub, eləcə də mobil əlavələrdən icazəsiz istifadə üçün virtual şəxs yaratmağa imkan verən “Mask System” rejimi vasitəsilə təhlükəsizlik və məxfilik təkmilləşdirilib.

 

Tətbiq edilən digər əsas yenilik bloklanma ekranından əsas ekrana keçid zamanı dəyişən dinamik fon təsvirləridir.

 

“MIUI 12” proqram təminatının beta versiyası hazırda Çində istifadəyə verilib. Proqram təminatının ilk stabil versiyasının iyunda buraxılacağı, stabil yayılması isə iyunun sonunda gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024