12px13px15px17px
Tarix:29/04/20

“Azərpoçt” daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib.
 
Qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıq əldə olunub.
 
Hazırda poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Honkonq, Gürcüstan, Estoniya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Koreya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilir. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar "Azərpoçt" MMC-nin saytında ("azerpost.az") yerləşdiriləcək.
 
Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.
 
Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla aprelin 14-dən etibarən "Azərpoçt" MMC 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 34-ə çatdırılıb.




Baxış sayı: 280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Avqust 2020

07 08 2020

07/08/20
Araşdırma: istifadəçilər “Windows 7”dən imtina etməyə tələsmirlər

“Microsoft” şirkəti 2020-ci ilin əvvəlində “Windows 7” əməliyyat sisteminin texniki dəstəyinin dayandırıl

07/08/20
“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq

“WhatsApp” messencerinin “Android” əməliyyat sistemi üçün sınaq versiyasının istifadəçiləri

07/08/20
Yeni “Sony” qulaqcığı eyni anda iki qurğuya qoşulur

“Sony” şirkəti yeni “WH-1000XM4” simsiz qulaqcığını təqdim edib. O, 2018-ci ildə buraxılan populyar “WH-1

07/08/20
Görkəmli qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən

07/08/20
“Chrome” üçün saxta genişlənmələr 80 milyon kompüteri yoluxdurub

“AdGuard” şirkətinin mütəxəssisləri populyar “Google Chrome” brauzeri üçün internetdə reklamın blo

07/08/20
“TikTok” Avropada ilk data mərkəzi açacaq

“TikTok” servisinin sahibi Çinin “ByteDance” şirkəti Avropa ərazisində ilk data mərkəzinin açılması

07/08/20
“LCD” ekranlı üç yeni “Huawei” televizoru buraxılacaq

“Huawei” şirkəti “Huawei Smart Display” adlı “ağıllı” televizorlar seriyasına üç yeni model əlav

07/08/20
Noutbuklar üçün “5G” modemi nümayiş olunub

Ötən il noutbuklar üçün “5G” modemin hazırlanması məqsədilə tərəfdaşlıq haqqında saziş imzalayan “MediaT

07/08/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın informasiya-kommunikasiya texnologiyaları (İKT)