12px13px15px17px
Tarix:01/05/20

“Redmi Note 9” və “Redmi Note 9 Pro” smartfonları təqdim edilib

“Xiaomi” şirkəti qlobal onlayn təqdimat çərçivəsində əvvəllər Çində təqdim edilmiş “Redmi Note 9 Pro” qurğusunun beynəlxalq versiyasını və tamamilə yeni olan “Redmi Note 9” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Redmi Note 9 Pro” aparatı nazik çərçivəli 6,67 düymlük displeylə təchiz edilib. Aparat ön və arxa tərəfdən “Gorilla Glass 5” qoruyucu şüşəsi ilə örtülüb. Barmaq izləri skaneri işə salma düyməsinə inteqrasiya edilib. İstehsalçı yalnız məişət cihazlarını idarə etmək üçün istifadə edilən infraqırmızı portu deyil, həm də qulaqlıqlar üçün ənənəvi 3,5 mm-lik konnektoru saxlayıb.

 

Smartfon 64 mp-lik əsas moduldan ibarət kvadrokamera, 119 dərəcə baxış bucağına malik 8 mp-lik ultragenişbucaqlı obyektiv, makroobyektiv və bulanıq fonda portret şəkilləri çəkmək üçün dərinlik sensoru ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

 

İstehsalçı yeni vibromühərrikdən istifadə edən təkmilləşdirilmiş vibrasiyanı və smartfonun köməyi ilə alış-verişin təmassız ödənişi üçün “NFC” modulunun mövcudluğunu qeyd edib.

 

“Redmi Note 9” modeli “Pro” versiya ilə oxşar dizaynda hazırlanıb, amma bir sıra vacib fərqlərə malikdir. Məsələn, ekranın diaqonal üzrə ölçüsü 6,53 düym təşkil edir, ön kamera üçün dəlik isə küncdə yerləşdirilib. Barmaq izləri skaneri 48 mp-lik təsvir ölçüsünə malik kvadrokamera modulunun altında yerləşdirilib.

 

“Redmi Note 9” smartfonu “MediaTek Helio G85” prosessoru ilə təchiz edilib. “Xiaomi” şirkətinin nümayəndələri əmin edirlər ki, “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş “Redmi Note 8” ilə müqayisədə məhsuldarlıq 21% yüksəlib. Bundan başqa, aparat 2 günədək avtonom işləməyə imkan verən 5020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bu qurğuda, həmçinin “NFC” modulu quraşdırılıb.

 

Emil Hüseynov





Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024