12px13px15px17px
Tarix:01/05/20

Avropa Birliyi ölkələrinə qarşı kiberhücumların sayı artıb

Koronavirus pandemiyası dövründə Avropa Birliyi ölkələrinə qarşı çoxsaylı kiberhücumlar qeydə alınıb. Bu haqda Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəhbəri Jozep Borrelya məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "Avropa İttifaqı tərəfdaş dövlətlərə, o cümlədən səhiyyə sektoruna qarşı kibertəhdidlər və zərərverici kiberfəaliyyət qeydə alır" – Borrel deyib.

 

Martın 13-də "Blackstone Law Group" şirkətində işləyən kibertəhlükəsizlik üzrə mütəxəssis Aleksandr Urbelis Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sistemlərinə qarşı haker hücumu barədə məlumat verib. Mütəxəssis bu hücumun arxasında kimin olması barədə heç bir məlumat verməyib.

 

Emil Hüseynov





Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024