12px13px15px17px
Tarix:04/05/20

“Samsung Game Tuner” servisi bağlanıb

“Samsung” şirkəti “Galaxy” smartfonlarında oyun həvəskarları üçün “Game Tuner” servisinin fəaliyyətini dayandırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Samsung Game Tuner” servisinin məqsədi smartfonların oyun imkanlarını yaxşılaşdırmaq – platformanı sürətləndirmək, təsvir ölçüsünü artırmaq və oyun zamanı bir neçə faydalı dəyişikliklər etmək olub. “Samsung” onun vasitəsilə faktiki olaraq xüsusi oyun smartfonunun buraxılışına zərurəti aradan qaldırıb.

 

Məlumata görə, proqram sonuncu dəfə 2018-ci ilin dekabrında yenilənib. O zaman əlavədə saniyədə kadr sayı sayğacı kimi bir sıra faydalı funksiyalar ləğv edilib.

 

Mobil əlavənin hazırda “Google Play” və “Galaxy Store” siyahılarında göstərilməsinə baxmayaraq artıq “Samsung” tərəfindən servisin ləğvi üzrə prosesə start verilib. Şirkət “Samsung Community” cəmiyyətinin üzvlərini servisin aprelin 30-dan fəaliyyətinin dayandırılması və əlavənin yüklənilməsinin bloklanması barədə məlumatlandırmağa başlayıb.

 

Mövcud istifadəçilər tərəfindən proqramdan müvəqqəti istifadə üçün onların “Android 8 Oreo” əməliyyat sistemində qalması tələb olunur. “One UI 2.0/2.1” proqram təminatlı smartfon istifadəçilərinə “Samsung Game Tuner” servisini əvəzləyən “Game Plugins” (Oyunlar üçün əlavə modullar) servisinə keçmək tövsiyə edilir.

 

Nizam Nuriyev





Baxış sayı: 489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024