12px13px15px17px
Tarix:13/05/20

Data Mərkəzinin nəzdindəki “Azcloud”un yeni xidməti istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC-nin Data Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azcloud" "Arxivləşdirmə xidmət kimi" (AaaS) xidmətini işə salıb.

 

Bu xidmət müxtəlif şirkətlərə və qurumlara məlumatlarını etibarlı və sərfəli şəkildə saxlamaq imkanı verir.

 

"Azcloud" bulud xidmətlərinin təklif etdiyi arxivləşdirmə xidməti sayəsində məlumatların həcminin 2.5 dəfəyə qədər sıxılması mümkündür. Bu da öz növbəsində bir məlumat daşıyıcısının 15 TB-dək məlumatı saxlamasını təmin edir.

 

Bundan əlavə, müştərilər lent tipli yaddaşı əldə etməklə məlumatların həcminə görə ödəniləcək böyük miqdarda xərclərdən azad olacaqlar.

 

Sözügedən xidmət xarici məlumat daşıyıcılarından fərqli olaraq, məlumatların 30 ilə qədər saxlanmasına, eləcə də istənilən zaman onların tamlığının yoxlanılmasına və axtarışına imkan yaradır.

 

Bu xidmət rezervlənmə xidmətindən (backup as a service) də fərqlənir. Belə ki, illərlə saxlanılan və nadir hallarda istifadə olunan məlumatlar üçün nəzərdə tutulan "Arxivləşdirmə xidmət kimi" böyük həcmli verilənlərin uzunmüddətli saxlanmasının təminatçısıdır.





Baxış sayı: 8565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024