12px13px15px17px
Tarix:05/12/11

“Firefox” səyyahının gələcəyi sual altındadır

“Mozilla” şirkətinin populyar “Firefox” səyyahının gələcəyi şübhə altındadır. Belə ki “Mozilla” şirkəti ilə internet-nəhəng “Google” arasında əməkdaşlıq haqqında razılaşmanın müddəti bitib.

 

“Google” şirkəti ilə axtarış sazişi cari ilin noyabr ayında bitib və indiyə qədər uzadılmayıb. Ekspertlər qeyd ediblər ki, “Mozilla” şirkəti ən böyük gəlir mənbəyini itirə bilər.

 

Bundan əvvəl şirkətdən bildirilib ki, “Google” şirkəti ilə əməkdaşlıq sayəsində  “Mozilla” şirkəti 2010-cu ildə 84% gəlir əldə edib. Qeyd edək ki, keçən ilin nəticəsinə görə, şirkətin gəliri 123 milyon olub (yəni, onun təxminən 100 milyon dollar axtarış nəhəngi ilə saziş nəticəsində qazanılıb).





Baxış sayı: 1251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024