12px13px15px17px
Tarix:05/12/11

“Acer” şirkəti ultrabuklara ümid edir

“Acer” şirkəti Direktorlar şurasının sədri Cey Ti Vonq bildirib ki, şirkət 2011-ci ilin dördüncü rübündə ən gəlirli məhsulların satışları hesabına əvvəlki vəziyyətini bərpa etmək niyyətindədir.

 

Vonq, həmçinin ultrabuk tədarükləri haqqında da proqnoz verib: “Acer” şirkəti  2011-ci ilin sonuna kimi ildə 250-300 min ultrabuk istehsal etməyi  hədəf seçib. Portativ kompyuterlər artıq 2-3 il sonra noutbukları tamamilə sıxışdıracaq. Bu, qiymətlərin aşağı düşməsi nəticəsində mümkün olacaq.

 

Hazırda ultrabukların qiyməti təxminən 900 dollardır, lakin istehsalçıların sayının artması sayəsində yaxın gələcəkdə qiymətlərin 800, hətta 700 dollar olacağı ehtimal edilir.





Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024