12px13px15px17px
Tarix:06/12/11

Milli Net 2011 Müsabiqəsinin Nominantları seçilib

Milli Net 2011 Müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb. Milli Net 2011-in  Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərinin hər birisi 1-ci mərhələdə saytların qiymətləndirməsində iştirak edib.

 

Səsvermənin 1-ci mərhələsinin yekununda 11 Nominasiya üzrə ən yaxşılar olan 

63 sayt Nominant statusu alıb.

 

Hazırda səsvermənin 2-ci mərhələsi  başlayıb. Müsabiqə Komissiyası 15 dekabr tarixədək  Nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcəklər.

 

Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Bu ilki Müsabiqədə də yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - hörümçək toru əks olunan buta formasında prizin verilməsi nəzərdə tutulub.

 

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin 23 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub.

 

Milli Net-2011 Müsabiqəsinə Azercell və DeltaTelekom şirkətləri dəstək verirlər.

 

Daha geniş məlumat www.millinet.az    saytında yerləşdirilib.





Baxış sayı: 1192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024