12px13px15px17px
Tarix:06/12/11

"Elektron hökumət" portalına Azərbaycanın 15 dövlət idarəsi qoşulub

"Elektron hökumət" portalına Azərbaycanın 15 dövlət idarəsi qoşulub. Digər dövlət idarələri artıq portala qoşulmaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət ediblər və bu proses onların İT-infrastruktur hazırlıqları çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək".

 

"Elektron hökumət" portalının (portal ehdis.az ünvanında olacaq) işə salınması 2012-ci ilin martında gözlənilir.

 

Hazırda portalda ümumilikdə 49 xidmət göstərən 10 dövlət idarəsinin elektron xidmətləri yerləşdirilib.

"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işi əlaqələndirən əsas alət olacaq.

 

"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq.

 

X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.

 

İdarələrarası qarşılıqlı elektron fəaliyyət sistemi vətəndaşların bu və ya digər sənədləri dövlət idarələrinə (pasport qeydiyyatı şöbəsi, mənzil-kommunal təsərrüfat idarəsi və s.) getmədən almasını asanlaşdıracaq.





Baxış sayı: 1438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024