12px13px15px17px
Tarix:18/05/20

“Chuwi CoreBox i5” minikompüteri “Intel Core i5-5257U” prosessoru ilə təchiz edilib

"Chuwi" şirkəti "Chuwi CoreBox i5" adlı yeni kompakt mini fərdi kompüter təqdim edib. İstehsalçı tərəfindən ucuz mini fərdi kompüterlərdə daha çox istifadə edilən populyar "Celeron N4100" prosessoru daha məhsuldar "Intel Core i5" ilə əvəzləndiyindən qurğu müxtəlif vəzifələri yerinə yetirə bilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "İXBT" resursuna istinadən yazır ki, korpus tutumu 2 litrə bərabər kompüterin vertikal və ya horizontal şəkildə quraşdırılmasına icazə verilir. Qurğunun əsasını 3,1 QHs tezliyində işləyən "Intel Core i5-5257U" prosessoru təşkil edir. Quraşdırılmış "iris Graphics 6100" qrafik adapteri "4K" təsvir ölçülü videonu asanlıqla dekodlaşdırmağa imkan verir.

 

Operativ yaddaş tutumu 8 giqabayt, quraşdırılmış yaddaş tutumu 256 giqabayt təşkil edir. 2,5 düymlük genişləndirmə slotu sayəsində kompüterə daha bir "SSD" (bərkcisimli toplayıcı) və ya "HDD" (sərt disk) quraşdırmaq mümkündür.

 

İki "HDMI" çıxışı kompüteri eyni anda iki monitora qoşmağa imkan verir ki, bu da foto və videonun emalı ilə məşğul olan proqramçı və istifadəçilər üçün faydalı olacaq. Bundan başqa, qurğu dörd "USB 3.0" portu, qulaqcığın qoşulması üçün 3,5 millimetrlik çıxış, 1 giqabitlik "RJ45" şəbəkə çıxışı və enerjinin doldurulması portu ilə təchiz edilib.

 

"Chuwi CoreBox i5" mini fərdi kompüterinin qiyməti barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024