12px13px15px17px
Tarix:06/12/11

Suriya “iPhone” smartfonunu qadağan edib

Suriya hökuməti ölkədə “iPhone” smartfonlarından istifadəni qadağan edib,- Livanın “Al Nashara” xəbərlər saytına istinadən İsrailin "Qaares" qəzeti yazıb.

 

“Al Nashara” jurnalistləri Suriya Maliyyə Nazirliyinin Gömrük Departamenti tərəfindən çıxarılmış aparatın qadağan edilməsi haqqında qətnamə surəti ilə tanış olublar.

 

Qeyd edilib ki, telekommunikasiya tənzimçisi “iPhone” smartfonunda qadağan edilmiş xüsusiyyətlər aşkarlayıb. Məhz hansı xüsusiyyətlər olduğu bildirilmir.Həmçinin bildirilib ki, aşkar edilmiş aparatlar müsadirə ediləcək və  onların sahiblərinə sanksiyalar tətbiq ediləcək.

 

"Qaares" xəbər verib ki, qadağa internetdə “iPhone” smartfonunun kamerası ilə çəkilmiş Suriya prezidenti Başar Əsəd rejiminə qarşı etiraz aksiyasının amansız yatırılması videosundan sonra qoyulub.





Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020