12px13px15px17px
Tarix:20/05/20

Bu il “IFA” sərgisi fərqli formatda keçiriləcək

Sentyabrın əvvəlində keçirilən illik “IFA” elektronika sərgisi bu il innovativ formatda keçiriləcək. Bu barədə apreldə məlumat verən sərginin təşkilat komitəsi bu günlərdə keçirilmiş onlayn konfrans zamanı format haqqında ətraflı məlumat təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, bu il sentyabrın 3-5-də keçiriləcək “IFA” sərgisi “COVİD-19” pandemiyası yayılmağa başladığı gündən texnoloji sahədə ilk ən böyük konfrans olacaq. Gözləntilərin əksinə olaraq sərgi qismən oflayn rejimdə keçiriləcək, iştirakçıların sayı məhdudlaşdırılacaq və onların hamısına şəxsi dəvətnamələr göndəriləcək.

 

Sərginin icraçı direktoru Yens Haytekerin sözlərinə görə, Berlində oktyabrın sonunadək beş mindən çox insanın iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutan məhdudiyyətlər şəraitində sərgi dörd ayrı tədbirə bölünəcək və onların hər birində gündə mindən çox adama iştiraka icazə verilməyəcək. Sərginin bir sıra tədbirləri isə onlayn rejimdə keçiriləcək.

 

İcraçı direktor əlavə edib ki, təşkilatçılar iştirakçılar arasında sosial məsafəyə əməl etmək və koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı digər tövsiyələri yerinə yetirmək üçün hakimiyyətlə sıx əməkdaşlıq edir.

 

Bundan əvvəl koronavirus epidemiyası bir sıra böyük tədbirlərin, o cümlədən Barselonada “MWC” mobil sənaye sərgisi, bir neçə avtomobil salonları və böyük texnoloji şirkətlərin konfranslarının ləğv edilməsi və ya onlayn rejimə keçirilməsinə səbəb olub.

 

Nizam Nuriyev





Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyul 2020

02/07/20
“HONOR” brendi “X10 Max” smartfonunu təqdim edib

“HONOR” brendi yeni “X10 Max” smartfonunu təqdim edib.

02/07/20
“COVID-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

“COVID-19” pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi

02/07/20
“WhatsApp” messencerində bir neçə yeni funksiya əlçatan olub

Populyar “WhatsApp” messencerinin tərtibatçıları mütəmadi olaraq mobil kliyent üçün yeniləmələr ç

02/07/20
“Apple” tərtibatçıları yeni internet texnologiyalarından istifadəyə çağırır

“Apple” şirkəti “iOS” və “macOS” əməliyyat sistemləri üçün proqram

02/07/20
“Samsung” şirkəti “IFA 2020” sərgisində iştirakdan imtina edib

“Samsung” şirkəti sentyabrın əvvəlində planlaşdırılmış “IFA 2020” sərgisində iştirakdan imtina edib. Bu h

02/07/20
Pulsuz “Microsoft” təlim proqramı istifadəyə verilib

“Microsoft” şirkəti 25 milyon insana proqram tərtibatçısı, qrafik dizayner və məlumat analitiki bacarıqla

02/07/20
Mətni videoya çevirən ilk platforma təqdim olunub

Mətni videoya çevirən “synthesia.io” adlı yeni platforma istifadəyə verilib. Funksiyadan rəsmi saytda ist

02/07/20
Koronavirusu məhv edən robot yaradılıb

Bəhreyndə koronavirus və digər mikroorqanizmləri məhv edən robot hazırlanıb. Bu barədə “Daily Mail” nəşri

02/07/20
“mini-LED” ekranlı “MSI Creator 17” noutbuku satışa çıxarılıb

“MSI” şirkəti ilin əvvəlində “CES 2020” sərgisində təqdim edilən “Creator 17” noutbukunun satışlarına

01 07 2020

01/07/20
İstənilən səthi sensora çevirəcək elektron sprey təqdim olunub

3D çap və püskürdülən elektron texnologiyalar metodlarının birləşməsi sayəsində tədqiqatçılar, demək olar

01/07/20
“Microsoft” və “Hitachi” şirkətləri genişmiqyaslı əməkdaşlığa başlayıblar

“Microsoft” və “Hitachi” şirkətləri genişmiqyaslı əməkdaşlıq elan ediblər. Yapon şirkəti istehsalçılara 

01/07/20
“Android” smartfonları bahalaşacaq

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qabaqcıl smartfonların qiyməti bahalaşacaq. 

01/07/20
Yeni robot koronavirusu ultrabənövşəyi şüa ilə məhv edir

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən işlənib hazırlanmış yeni robot koronavirus

01/07/20
Dünyanın ən bahalı brendləri açıqlanıb

“Amazon” bir il əvvəl olduğu kimi, dünyanın ən bahalı brendi seçilib. Şirkətin dəyəri ötən illə müqayisəd

01/07/20
Elektromobillərin sayında dördqat artım gözlənilir

2030-cu ildə dünyada elektromobillərin sayı dörd dəfə artaraq 20 milyon təşkil edəcək. Bu barədə BMT-nin

01/07/20
“Google” şirkəti “ağıllı” “North” eynəyinin istehsalçısını satın alıb

“Google” şirkəti Kanadanın “ağıllı” “North” eynəyini istehsalçısını satın alıb. Bu haqda rəsmi bloqda

01/07/20
“Windows” yeniləməsi kompüterləri zəiflədib

“Windows 10” əməliyyat sisteminin məcburi yeniləməsi kompüterlərin zəifləməsinə səbəb olub. Bu barədə “Wi