12px13px15px17px
Tarix:31/05/20

İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verib. Bu barədə şirkətin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, yeni texnologiya informasiyanı saniyədə 1 giqabit sürətlə ötürür. Bu isə “4G” şəbəkəsindən təxminən 4 dəfə çoxdur. “5G” şəbəkəsinə avtomatik qoşulma imkanından mobil rabitə operatorunun yalnız limitsiz internetdən istifadə edən abunəçiləri istifadə edə biləcəklər.

 

“Tele2” şirkəti “5G” şəbəkəsini mayın 25-də işə salan “Telia” və “Ericsson” mobil rabitə operatorlarını bir gün qabaqlayıb.

 

Beşinci nəsil mobil rabitə şəbəkəsi daha yüksək buraxılış qabiliyyətinə malikdir. Rekord məlumat ötürmə sürəti 25 Qbit/saniyə təşkil edib. Bu göstərici videonun real vaxt rejimində “8K” (Ultra HD) təsvir ölçüsündə translyasiyasına imkan verir.

 

İsveç “5G” şəbəkəsini test rejimində istifadəyə verən ilk ölkə olub.

 

Nizam Nuriyev





Baxış sayı: 204

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 İyul 2020

14 07 2020

14/07/20
“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırlayır

“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırladığını elan edib. Dü

14/07/20
2020-ci ildə İT bazarının həcmi koronavirusa görə 7,3% azalacaq

“Gartner” tədqiqat şirkətinin analitikləri 2020-ci il üçün İT bazarı üzrə proqnoza düzəliş ediblər. Əvvəl

14/07/20
“One Netbook” hibrid minikompüteri planşetə çevrilir

Ultraportativ kompüterlərin hazırlanması ilə məşğul olan “One Netbook” şirkəti mühəndis və İT peşəkarları

14/07/20
“LG” şirkəti “Android 10” sistemi ilə işləyən yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Aristo 5” adlı başlanğıc səviyyəli yeni modelini təqdim etməklə öz smartfon çeşidini

14/07/20
“Google” Hindistan iqtisadiyyatının rəqəmsallaşdırılmasına 10 milyard dollar qoyacaq

“Google” şirkəti növbəti 5-7 il ərzində Hindistan bazarına 10 milyard dollar investisiya yatıracaq. Sərma

14/07/20
Çox sürətli “Oppo” enerjidoldurma qurğusu 10 dəqiqə ərzində smartfonu tam şarj edəcək

“Oppo” şirkəti 125 vatt gücündə çox sürətli enerjidoldurma qurğusunu təqdim etməyə hazırlaşır. Yenilik nə

14/07/20
Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

Çinin “WeRide” startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksilər servisini istifadəyə verəcək.

14/07/20
“Apple” “ağıllı” eynəyi üçün linzaların təcrübi istehsalına başlanılıb

“Apple” şirkəti və onun istehsalçı tərəfdaşı “Foxconn” əlavə reallıq texnologiyasına malik “ağıllı” e