12px13px15px17px
Tarix:31/05/20

“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, “48CX” adlı yeni televizor modeli iyunun sonunda qiyməti 1499 dollar təşkil etməklə ABŞ-da satışa çıxarılacaq. Bu, Cənubi Koreya şirkətinin bu ölçüdə buraxılan ilk “OLED” ekranlı televizorudur. Şirkət nümayəndələrinin sözlərinə görə, “OLED” ekranla təchiz edilən 48 düymlük “48CX” televizorunda piksellərin sıxlığı 96 düymlük “8K” displeylə müqayisə oluna bilər və yüksək funksionallıq sayəsində oyun monitoru qismində istifadə üçün uyğundur.

 

Bildirilir ki, “48CX” televizoru “LG” şirkətinin 2020-ci ilə aid digər “4K OLED” modelləri kimi “NVIDIA G-Sync” texnologiyasını dəstəkləyir və yüksək kadr yeniləməsinin tələb olunduğu oyunlar üçün istifadə oluna bilər. Televizorda “FreeSync” texnologiyası dəstəyinin proqram təminatı yeniləməsi buraxıldıqdan sonra quraşdırılacağı gözlənilir.

 

“48CX” televizoru “4K” formatlı kontenti “Dolby Vision” və ya “HDR10” texnologiyalarından istifadə etməklə saniyədə 120 kadr sürətində göstərir. Bundan başqa, qurğu “Enhanced Audio Return Channel” (eARC) texnologiyasını, avtomatik zəif yubanma rejimini (ALLM) dəstəkləyir və dəyişən yeniləmə tezliyi funksiyasına (VRR) malikdir ki, bu da onu “Xbox Series X” və “PS5” oyun konsolları ilə birlikdə istifadəyə imkan verəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 İyul 2020

14 07 2020

14/07/20
“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırlayır

“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırladığını elan edib. Dü

14/07/20
2020-ci ildə İT bazarının həcmi koronavirusa görə 7,3% azalacaq

“Gartner” tədqiqat şirkətinin analitikləri 2020-ci il üçün İT bazarı üzrə proqnoza düzəliş ediblər. Əvvəl

14/07/20
“One Netbook” hibrid minikompüteri planşetə çevrilir

Ultraportativ kompüterlərin hazırlanması ilə məşğul olan “One Netbook” şirkəti mühəndis və İT peşəkarları

14/07/20
“LG” şirkəti “Android 10” sistemi ilə işləyən yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Aristo 5” adlı başlanğıc səviyyəli yeni modelini təqdim etməklə öz smartfon çeşidini

14/07/20
“Google” Hindistan iqtisadiyyatının rəqəmsallaşdırılmasına 10 milyard dollar qoyacaq

“Google” şirkəti növbəti 5-7 il ərzində Hindistan bazarına 10 milyard dollar investisiya yatıracaq. Sərma

14/07/20
Çox sürətli “Oppo” enerjidoldurma qurğusu 10 dəqiqə ərzində smartfonu tam şarj edəcək

“Oppo” şirkəti 125 vatt gücündə çox sürətli enerjidoldurma qurğusunu təqdim etməyə hazırlaşır. Yenilik nə

14/07/20
Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

Çinin “WeRide” startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksilər servisini istifadəyə verəcək.

14/07/20
“Apple” “ağıllı” eynəyi üçün linzaların təcrübi istehsalına başlanılıb

“Apple” şirkəti və onun istehsalçı tərəfdaşı “Foxconn” əlavə reallıq texnologiyasına malik “ağıllı” e