12px13px15px17px
Tarix:01/06/20

“Huawei”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

"5G" simsiz rabitə texnologiyası daha kütləvi "3G" və "4G" ilə müqayisədə sürət baxımından üstünlüyə malikdir. Ancaq bu texnologiyanın əhatə dairəsi kiçikdir və bu, çoxlu sayda baza stansiyasının quraşdırılmasını tələb edir. "Huawei" şirkəti stansiyanın gücünü 80% artırmağa imkan verən yeni texnologiyanın yaradılması haqqında məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "CableFree" adlandırılmış yeni texnologiya "5G" baza stansiyalarının qiymətini ucuzlaşdırmaqla yanaşı, həmçinin onların arasındakı məsafəni artırmağa imkan verir ki, bu da beşinci nəsil şəbəkələrinin istifadəyə verilmə xərclərini azaldacaq. Bundan başqa, gücləndirilmiş şüa saçan sayəsində rabitənin keyfiyyətini artırmaq mümkün olacaq.

 

"Huawei" şirkətinin məlumatına görə, yeni konstruksiyanın çıxış gücü bütün mövcud analoqlardan yüksəkdir. Bundan başqa onun çəkisi 10 kiloqram yüngüldür. Bu isə o deməkdir ki, baza stansiyası daha az detaldan ibarətdir.

 

Yeni texnologiyanın istifadəyə veriləcəyi müddət haqqında hələ ki məlumat yoxdur.

 

Emil Hüseynov





Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024