12px13px15px17px
Tarix:01/06/20

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Zəfər: Şəhid ailələrinə dəstək" İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn görüş təşkil edib.

 

Video tədbirə aprel şəhidlərinin və qazilərin övladları, "Birgə və Sağlam" İctimai Birliyində təlim keçən autizm sindromlu uşaqlar qatılıblar.

 

Onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına olan münasibətinin hamımız üçün örnək olduğunu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də şəhid övladlarına hər zaman dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb. Bu kimi görüşlərin əhəmiyyətindən danışan Ramin Quluzadə uşaqlara xoş arzularını söyləyib.

 

Səmimi mühitdə baş tutan görüşdə uşaqlar da çıxış edərək "Bakutel-2019" sərgisində uğurla iştirak etdiklərini xatırlayıblar. Onlar həyatlarında ən yaddaqalan anlardan birinin robokurslarda öyrəndikləri bacarıqlarını sərgidə ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşısında nümayiş etdirdikləri an olduğunu söyləyiblər. Uşaqlar ayrı-ayrılıqda çıxış edərək bütün dünyadakı körpələrə və uşaqlara arzularını, özləri ilə bağlı istəklərini də dilə gətiriblər. Eyni zamanda, uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə onlara göstərilən diqqətə, bir çox İT təlimlərində iştiraka yaradılan şəraitə görə təşəkkür ediblər.

 

Sonra uşaqlar öz ifaları ilə bütün dünyanı onların hüquqlarını müdafiə etməyə çağırıblar. Sonda nazir Ramin Quluzadə şəhid övladlarına onların vətən uğrunda fədakarcasına döyüşən, öz canlarından keçən insanların yadigarları olduğunu və hər bir azərbaycanlının onları qorumağa borclu olduğunu vurğulayıb.

 

Qeyd edək ki, fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan uşaqlara, aprel şəhidlərinin və qazilərin övladlarına nazirlik tərəfindən müxtəlif hədiyyələr, eləcə də "Azercell Telekom" MMC tərəfindən "Busuu" – dil öyrənmə tətbiqi üçün 6 aylıq pulsuz kodlar göndərilib. "Busuu" tətbiqi vasitəsilə eyni anda 12 dil – ingilis, rus, italyan, alman, fransız, ispan, portuqal və digər dilləri öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini etmək mümkündür.

 

 

 

 

 

 

 











Baxış sayı: 9263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2020

21 09 2020

21/09/20
Ucuz “LG K42” smartfonu təqdim edilib

“LG” şirkəti “LG K42” adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizay

21/09/20
“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar

21/09/20
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nü

21/09/20
“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyas

21/09/20
Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilm

21/09/20
Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib

BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.

21/09/20
Kompüter virusu insan ölümünə səbəb olub

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı

21/09/20
Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dolla

21/09/20
“Microsoft” korporasiyası “Windows 10” sisteminə "Zoom”un rəqibini quraşdıracaq

Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir