12px13px15px17px
Tarix:01/06/20

Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Letters” jurnalında təsvir edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, litium-ion akkumulyatorları hər yerdə (məsələn, mobil telefonlar, noutbuk və elektrik avtomobilləri) istifadə olunur. Ancaq bu batareyaların istehsalı üçün litium və kobalt kimi bahalı və nadir materiallar tələb olunur.

 

Elektrik avtomobillərinə və elektrik enerjisinin saxlanılmasına tələbat artdıqca bu materiallar daha da əlçatmaz olacaq – buna görə litium batareyaları indiki halında enerji daşıyıcılarına artan tələbatın təmin olunması üçün problemə çevriləcək.

 

Ucuz, əlçatan və sabit natriumdan hazırlanmış natrium-ion batareyaları litium-ion batareyalarını əvəz etmək üçün yaxşı namizəd ola bilərlər. Ancaq hələ ki sözügedən batareyaların tutumu litium-ion batareyaları ilə müqayisədə çox aşağıdır.

 

Emil Hüseynov





Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024